SİZİN REKLAM BURADA!
055 213 76 73



Aydan arı, sudan duru bu şou sakinlərinin söz-söhbətləri və dedi-qoduları bitmir, tükənmir! Bu dəfə isə gündəmə çalxalayan, şiddətlə üz-üzə qalıb, məhkəmə qapılarını döyüb, haqqını tələb edən Oksana Rəsulova oldu!

BAKU.WS-in məlumatına görə, bir müddət öncə reper Elşad Xosenin rəqqasə Oksana Rəsulovaya əl qaldırıb, onu döyməsi, hətta bu azmış kimi ona bıçaqla xəsarət yetirməsi, cütlüyü düşmənə çevirdi! Yaşanan isti münasibətin üstündən soyuq küləklər əsdi! Uzun sürən sükütü isə öncə BAKU.WS eksklüziv açıqlaması ilə Elşad pozdu. Reper Oksanaya göstərdiyi şiddəti etiraf edib, nələr danışdı nələr!

Xosenin verdiyi heyrət dolu açıqlamasından sonra, Oksanada susmadı! Rəqqasə faktları bir-bir ortalığa töküb, dilinə hakim kəsilə bilmədi!

Yaşanan hadisələrdən sarsılan Rəsulova bu işin qulpundan bərk-bərk yapışıb, Xoseni məhkəmə verdi!

Məhkəmənin sorağı isə elə bu gün gəldi! Beləki, Binəqədi Rayon Məhkəməsində keçmiş həyat yoldaşı, rəqqasə Oskana Rəsulovanı döyərək xəsarət yetirməkdə təqdirləndirilən məşhur reper Elşad Xosenin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün ilkin hazırlıq iclası keçirilib. Reper Xose Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddədi ilə ittiham olunur. Rəqqasi Oksana Rəsulova məhkəmədə zərərçəkmiş şəxs qismində çıxış edəcək.

Nəzərinizə çatdıraq ki, bu maddə ilə təqsirləndirilən şəxsin cinayəti törətdiyi sübuta yetirilərsə, onu pul cəzası, islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Hadisələrin necə cərrayən edəcəyini isə zaman göstərəcək.

Rəşad Əliyev

BAKU.WS