Yerli və əcnəbi məşhurlar dəridən qabıqdan çıxırlar ki, təki gündəmin episenterinə düşüb, hamı tərəfindən müzakirə olunsunlar! Yaxşı və ya pis amma onlarda bu çox gözəl alınır! Gəlin öncə başlayaq elə bizim ulduzlardan!

BAKU.WS-in məlumatına görə, uzun zamandır həmkarı xalq artisti Ramiz Məliklə böyük qalmaqal yaşayan xalq artisti Məleykə Əsədova yenidən geyimi ilə gündəmə gəlib. Əsədovanın instagram hesabında paylaşdığı bu şəkili izləyicilərin hiddətinə səbəb olub. Aktrisanın qısa şortda çəkdirdiyi fotosuna iradlarla yanaşı təhgirlər gəlib.

Mələykə yazılan mənfi rəylərdən təngə gəldiyi üçün Instagram-da şərhlər bölməsini bağlayıb. 

Tamaşaçıların üzünü güldürən Bu şəhərdənin sevilən aktyoru Coşqun Rəhimov yenidən cərrah masasına uzanıb!

Əməkdar artist bu dəfə simasına əl gəzdirib. Coşqunun rinoplastika əməliyyatı nə az nə çox düz 7 saatlıq davam edib.

Rəhimovun izlədiyiniz bu görüntüləri isə Bu şəhərdənin instagram hesabında paylaşılıb. Burnundan əməliyyat olunan aktyorun əməliyyatı uğurla keçib!

Nəzərinizə çatdıraq ki, ötən gün “Bu şəhərdə”nin digər aktyoru Rafael İsgəndərovun üzərində endoskopik yolla əməliyyat aparılıb. Hər iki aktyora Allahdan şəfa diləyib keçid alırıq digər məşhurun xəbərinə!

Sevilən bəstəkar – müğənni Emin Ağalarovun sosial şəbəkədə paylaşdığı fotolar izləyicilərin marağına səbəb olub. Dəniz sahilində, isti günəşin və böyük palma ağacların arasında istirahətin dadını çıxaran Eminin bu fotoları tamaşaçıların təəcübünə səbəb olub. Məşhurun idman zalında tər tökməsi heçdə əbəs yerə deyil, çünki Eminin fit vücüda sahib olduğu paylaşdığı bu şəkillərdə aydın sezilir.

Gəlin indidə nəzər salaq Tükiyənin şou biznesinə! İzləyək görək oranın məşhurları hansı olaylarla gündəmə səs salıblar?

Bir neçə gün öncə Osmaniyədə sənət yoldaşı Murad Bozla konsert proqramı ilə çıxış edən cazibədar müğənni Hadisə çılğın hərəkətləri ilə türk mətbuatın dilinə düşüb.

Məşhur konserti izləməyə gələn tamaşaçıları həm heyrətləndirib həmdə məyus edib ! Hadisə səhnədə stres keçirdərək, sinirlərinə hakim ola bilməyib! Konsertrdə fırtına qopardan ulduz, səsini eşidə bilmədiyi üçün əsəbdən gözlərinə qan damıb. Özündən çıxan Hadisə heç kimə məhəl qoymaraq, güc verib dilinə. Onun əl və qol hərəkətlərindən nə qədər qəzəbli olduğu diqqətdən yayınmayıb. Şən və pozitiv görməyə alışdığımız ulduzun səhnədə aqressiv olması hər kəsi şoka salıb. 

Möhtəşəm Yüz Yıl serialı ilə tamaşaçıların rəğbətini qazanan, əslən almaniyalı aktrisa Məryəm Üzərlinin hamam otağından paylaşdığı şəkillər ona baha başa gəlib. Vannada uzanaraq müxtəlif pozlar verən Məryəmin bu fotoları gündəmi yerindən silkəliyib. Məryəmin ağlına gəlmədiyi iş başına gəlib. Aktrisa hamamda çəkdirdiyi şəkillərinə görə işindən olub. Məşhurun çalışdığı menecer şirkəti onun bu hərəkətlərinə görə işbirliyinə son qoyub. Şirkət Uzərlinin özbaşına davrandığını, sözə qulaq asmamasını və aralarında anlaşılmazlıqlar yaşandığını əsas gətirərək onunla imzalan müqavilələrin üzərindən birdəfəlik xətt çəkib!

Rəşad Əliyev
BAKU.WS