SİZİN REKLAM BURADA!
055 213 76 73



“Həyatımda bir kişini sevmişəm, o da həyat yoldaşımdır. Sevib evlənmişəm. İndi də sevirəm və ölənə qədər də sevəcəyəm”.

BAKU.WS xəbər verir ki, bunu xalq artisti Könül Xasıyeva Xəzər TV-də Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan “Səni axtarıram” verilişinə müsahibəsi zamanı deyib.

Həyat yoldaşı ilə bağlı açıqlamalar verən xalq artisti hazırda onunla birlikdə yaşamadığını deyib.

“Bir yerdə yaşamırıq, ayrılmışıq. Onun barəsində deyə bilərəm ki, çox yaxşı, ləyaqətli oğlandır. Özüm ona demişəm ki, get həyatını qur, yaşa”, - deyə Könül Xasıyeva qeyd edib.

Xalq artisti eyni zamanda bildirib ki, həyat yoldaşı onu xəstələnməzdən əvvəl tərk edib.

“Onunla yollarımız ayrılanda mən hələ xəstələnməmişdim. Xəstələnsəydim, o, məni qoyub getməzdi. Hər dəfə balası Kazımla maraqlanır. Kazım da onu çox sevir, onunla nəfəs alır. Həyat hər kəsə bir cür nəsib olur. Biz onunla birlikdə cəmi 6 ay yaşadıq”, - deyə Könül Xasıyeva bildirib.

BAKU.WS