SİZİN REKLAM BURADA!
055 213 76 73



İt ili başlar başlamaz şou nümayəndələri nalə qopardıb gündəmi o ki var çalxaladı.

Kimi dava salıb qalmaqal etdi, kimi xəstəxana qapılarını döyüb cərrah masasına uzandı, kimi də bir sözü ilə yanan ocağın üzərinə benzin səpdi.

İldə iki dəfə tamaşaçıları bir araya toplayıb, oxuyub-oynayıb, coşub-çağlayan Bu şəhərdənin aktyoru Rafael İskəndərovun səsi bu dəfə səhnədən deyil, xəstəxənadan gəldi!

Aktyor haldan hala düşüb, təcili əməliyyata qaldırıldı!

Əməkdar artist BAKU.WS-ə eksklüziv açıqlamasında bildirib ki, onun üzərində endoskopik yolla əməliyyat aparılıb. “Hazırda ayaq üstəyəm, maşallah, yaxşıyam. Qida borumda yüngül əməliyyat keçirildi”, - deyə Rafael məlumat verib. İskəndərovun izlədiyiniz bu görüntüləri isə “Bu şəhərdə”nin İnstagram hesabında paylaşılıb. 

İstedadlı aktyor Rafael İskəndərova Allahdan şəfa diləyirik! Nəzərinizə çatdıraq ki, bir müddət öncə Bu şəhərdənin ayrılmaz üzvü əməkdar artist Coşqun Rəhimovda səhhətində yaşadığı problemlər səbəbindən dəfələrlə cərrah bıçağı altına uzanaraq, ağır əməliyyatlar keçirib.

BAKU.WS