Rusiyalı rəqqasə Anastasiya Voloçkova öz pərəstişkarlarını təəccübləndirməyə davam edir.
 
BAKU.WS-in məlumatına görə, Anastasiya Voloçkova növbəti konsertində də rəqsi ilə pərəstişkarlarını sevindirib. Yaroslavlda baş tutan konsertdə Voloçkova kifayət qədər açıq-saçıq paltar geyinmək qərarına gəlib. Amma heç də bütün fanatlar Voloçkovanın bu seçimini layiqincə qiymətləndirməyib. 

Bir çox pərəstişkarları rəqqasəni geyiminə görə tənqid edib. Ona uşaqların da tamaşa etdiyini deyən fanatlar Voloçkovanın azyaşlılara pis nümunə olduğunu bildiriblər. 
 
Qeyd edək ki, qalmaqallı rəqqasə tez-tez etdiyi hərəkətlərlə mətbuatın gündəminə gəlir. Rəqqasə paylaşdığı şəkillərlə pərəstişkarlarını daim təəccübləndirir.

Ф.М
BAKU.WS