Rusiyanın məşhur MUZ telekanalında yayımlanan “Novaya Fabrika zvezd” layihəsində azərbaycanlı Elman Zeynalov “18+” mahnı ifa edib.
BAKU.WS xəbər verir ki, “Minimal” adlı yeni mahnı barədə Elman Zeynalov İnstagram səhifəsində məlumat yayıb.
Azərbaycanlı müğənni mahnısının bir parçasını da paylaşıb.
O bildirib ki, mahnıya 18 yaşdan yuxarı olan şəxslər qulaq asa bilər.
Mahnı Rusiyada böyük maraqla qarşılanıb.
BAKU.WS