SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Səidə Sultan Zaur Kamalın aparıcısı olduğu “5/5” verilişinin qonağı olub. İfaçı aparıcının verdiyi sualı birmənalı qarşılanmayıb.  

BAKU.WS-in məlumatına görə, Zaurun tanınmış ifaçıya “şou-biznesimizdə elə müğənni varmı ki, deyirsən, ölsəm də, ona ərə getmərəm” sualını verib.

S. Sultan əvvəlcə bu suala cavab verməkdən imtina edib. Aparıcının israrından sonra müğənni gülərək kişi həmkarı Elariz Məmmədoğlunun adını çəkib: “Elarizə… Ölərəm, qarıyaram, amma Elarizə ərə getmərəm. Can, ay Elariz”.

S.Sultan daha sonra əlavə edib ki, tamaşaçılar bu fikri zarafatla qarşılasınlar. 

İman
BAKU.WS