SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Sayqa ilə Bu axşam” proqramının növbəti qonağı Xalq artisti Ceyran Haşımova olub.

Xalq artisti Aygün Bəylərin özünə sənətkar deməsini pisləyib. Həmçinin Röya Ayxanın Aygünü məhkəməyə verməsinə də münasibət bildirib:

“O zamanlar yatsaq yuxumuza da girməzdi ki, kimsə kimisə məhkəməyə versinlər. O zamanlar sənət var. Dahilər heç özlərinə sənətkar demirdi. Aygün Bəyləri lap uşaqlıqdan tanıyıram. İstedadını inkar etmək olmaz. Musiqi o qədər canına hopub ki, nə danışdığını da bilmir. Onun nə ixtiyarı var ki, çıxıb deyir ki, mən sənətkaram. Sənətkarı xalq deyər. Sənətkarlar heç özləri haqqında danışmırlar”.

BAKU.WS