SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Rəqsanə İsmayılovanın müğənniliyə başlayan qızı Aysun İsmayılova ötən gün özünə ad günü keçirib.

BAKU.WS-in məlumatına görə, paytaxt məkanlarının birində keçirilən şənlikdə Aysunun rəfiqələri və şou-biznesdən bir neçə tanınmış simalar olub. A.İsmayılovanın 20 yaşı tamam olub. 

Gecə yarısına qədər davam edən ad günündə səbəbkar yeni yazdırdığı mahnıları ifa edib. A.İsmayılova doğum günündə təəssüratlarını da bölüşüb: "Canım anam, kaş bu ad günümdə yanımda olardın". Ad günündə çəkilmiş fotolar sosial şəbəkədə paylaşılıb. 

Qeyd edək ki, müğənni Rəqsanə İsmayılova uzun müddətdir Moskvada yaşayır.

İman
BAKU.WS