SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı müğənni Elariz Məmmədoğlu evliliyinin 30 illiyini qeyd edib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, ifaçı paytaxt məkanlarının birində keçirilən məclis zamanı həyat yoldaşına gül dəstəsi bağışlayıb və onu rəqsə dəvət edib.

Bu münasibətlə E.Məmmədoğlunun Türkiyədə təhsil alan oğlu da status paylaşıb:

“Bu gün atamla anamın evliliyindən 30 il ötür. Maşallah olsun. Təbrik edirəm, sizi çox sevirəm. Yanınızda olmasam da, qəlbim sizinlədir”.

Qeyd edək ki, E.Məmmədoğlunun bir oğlu, iki qızı var.

BAKU.WS