VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


“Park Cinema” kinoteatrlar şəbəkəsi və “Addım” Gənclər Təşkilatı artıq 3 il davam edən “Cinemaya Addımla” layihəsi çərçivəsində növbəti ulduzlu seansı baş tutub.

Kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədilə həyata keçirilən “ParkCinemaya Addımla” layihəsinin yeni il nümayişində qonaq xalq artisti Brilliant Dadaşova olub.

BAKU.WS xəbər verir ki, layihə çərçivəsində müğənni gənclərlə bərabər rejissor Alen Şabanın “Santa və kompaniya" filminə baxıblar. Nümayişdə media nümayəndələri, “Addım” Gənclər Təşkilatının üzvləri və B. Dadaşovanın fan klubunun fəal üzvləri iştirak ediblər. Tədbrinin əvvəlində sənətçi ilə sevənlərinin foto çəkdirmə növbəsində ajiotaji səbəbindən filmin nümayişi hətta 30 dəqiqə gecikib.

Tədbirin əvvəlində “Addım” Gənclər Təşkilatının yaradıcısı Hüseyn Cavadzadə çıxış edərək məhz gənclərin istəyi ilə layihəyə dəvət olunan xalq artistinin layihədə iştirakını alqışlayıb. Daha sonra xüsusi təntənə ilə səhnəyə dəvət olunan Brilliant Dadaşova qonaqlarla qonaqları salamlayb və jurnalistlərin suallarını cavablandırıb. O, layihəyə görə təşkilatçılara təşəkkür edib.

Qeyd edək ki, filmdə Serj de Puk, Allen Goldman, Odre Tatu, Nadya Xamlişi və başqa məhşurlar rol alıblar.

Film elflərini sağaltmaq üçün bir müddət siravi insanlarla birgə yaşamalı olan Santa Klausun macəralarından bəhs olunur.

BAKU.WS