VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bu gün prodüser Tolikin aparıcısı olduğu "Bu bizik" verilişinin qonağı xalq artisti Brilliant Dadaşova olub.

BAKU.WS-in milli.az-a istinadən verdiyi məlumata görə, Tolik Brilliant xanımla söhbətini yarıda saxlayaraq "Brilliant xanım, bizim Türkiyədən zəngimiz var" deyib.

Canlı yayıma qoşulan xanım "Həyatım, aşkım. Səni çok seviyoruz, canım bənim" sözləri ilə xalq artistinə sevgisini dilə gətirib.

Brilliant xanım öz növbəsində sözügedən xanıma təşəkkürünü bildirib: "Çox sağ olun, Zərnişan xanım. Minnətdarıq sizə. Türkiyəmiz, Azərbaycanımız var olsun".

Verilişin aparıcısı Tolik telefon xəttində gözləyən xanıma "Zara xanım, hər vaxtınız xeyir olsun. Qardaş Türkiyəyə buradan salam. Mənim üçün çox böyük qürurdur ki, bu gün bizim Azərbaycanın igid oğlanlarından biri, Lənkəranımızın fəxri olan Mübariz müəllimin bacısı efirdədir. Şərəf verdiniz, çox sağ olun ki, verilişimizə baxırsınız. Brilliant xanımın rəfiqəsisiniz" sözləri ilə təşəkkür edib.

BAKU.WS