Xəzər TV-nin aparıcısı Zaur Kamal 4 min AZN-ə toylara getdiyini efirdə deyib. 

BAKU.WS-in məlumatına görə, “5-də 5” verilişinin qonağı əsl adı Şəhla Vakkas olan aparıcı Çiçək Zaur Kamaldan toy qiymətini soruşub və sualları ilə aparıcını efirdə pərt edib. 

Zaur Kamal cavabında toylara sıx-sıx getmədiyini, rəhbərlik icazə vermədiyini deyib. Zaur toy qiymətinin 4 min manat olduğunu bildirib. Z.Kamal əlavə edib ki, rəhbərlik ona yüksək maaş verir və hazırda ən çox maaş alan aparıcı olduğunu qeyd edib. 

İman
BAKU.WS