VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Məşhur “O səs Türkiyə” mahnı müsabiqəsində azərbaycanlı iştirakçı Ozan Əhmədovun ifası maraqla qarşılanıb.

BAKU.WS-in məlumatına görə, o, Gipsy Kings-in “Bamboleo” mahnısını fərqli ifa edib.

Belə ki, Ozan Əhmədov məşhur mahnının əvvəlinə Azərbaycan dilində sözlər əlavə edib.

“Qazaxa gəl, Səməd Vurğunun ocağına gəl, Ədalətin ocağına gəl”, - deyə Ozan Əhmədov mahnıya belə başlayıb.

Müğənni Yıldız Tilbe bunu eşidən kimi üzünü Ozana tərəf çevirib.

Daha sonra müğənni Hadisə də azərbaycanlı iştirakçıya dəstək verib.

Ozan Əhmədovun çıxışdan sonra dediyi sözlər də gülüşə səbəb olub. O bildirib ki, aparıcı Acun Ilicalı birinci dəfə müsabiqəyə dəvət edikdən sonra bu, ona düşərli olub, ev, maşın alıb.

İkinci dəfə bu müsabiqəyə dəvət edildiyinə görə azərbacyanlı iştirakçı Acuna təşəkkür edib.

Ozan Əhmədov sonra Hadisə ilə yola davam etməyi üstün tutub.

Nazim
BAKU.WS