SİZİN REKLAM BURADA!
055 213 76 73



Özbəkistanın əməkdar artisti, Özbəkistan gənclərinin və dünyanın bir çox ölkələrinin sevimlisi olan Uluqbek Rahmatullayev azərbaycanlı meyxana ustası Tərlan Novxanı ilə birgə oxuduğu mahnı böyük həyəcanla qarşılanıb.

BAKU.WS-in məlumatına görə, Uluqbek Rahmatullayev meyxana ustasının “Məni sevmir o gözəl yar” mahnısını ifa etdikdən sonra Tərlan Novxanını Özbəkistana dəvət edib.

Tərlan Novxanı isə dəvəti qəbul edərək əməkdar artistlə eyni səhnəni bölüşüb.

Daşkənddə baş tutan konsertdə iki sənətçinin dueti böyük maraqla qarşılanıb.

Konsertdən möhtəşəm görüntüləri sizə təqdim edirik.

BAKU.WS