SİZİN REKLAM BURADA!
055 213 76 73



Gənc aktrisa Ləman Novruzova şəxsi həyatı haqda etiraflar edib.

BAKU.WS-in məlumatına görə, aktrisa Milli.Az-a açıqlamasında sevdiyi şəxsdən danışıb.

"Etiraf edim ki, artıq həyatımda biri var. Mən onunla təxminən 2 il əvvəl tam təsadüfən dostlaşmışdım. O zamanlar qətiyyən bir-birimizə qarşı hisslərimiz yox idi. Yaxşı anlaşan, səmimi iki insan idik. Zamanla bu yaxşı münasibət dostluğa çevrildi. Nəhayət 2 il sonra, yəni keçən ayın sonlarında sevgi münasibətinə başladıq. Sevdiyim şəxs hüquqşünasdır. Ayrı-ayrı peşə sahələrində çalışmağımıza baxmayaraq, o sənəti sevir və qiymətləndirir. Bütün kişilər kimi o da qısqancdır, amma qısqanclığı ilə məni sıxmamağa, sənətimə mane olmamağa çalışır. Nə yalan deyim o bunu bacarır da", - deyə aktrisa bildirib.

Qeyd edək ki, aktrisa hal-hazırda "Ögey ana" serialında çəkilir.

BAKU.WS