VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc ifaçı Aynişan Quliyeva "O səs Türkiyə”dəki çıxışın görə onu qınayanlara cavab verib.
 
BAKU.WS məlumat verir ki, gənc ifaçı İnstaqram hesabında onu dəstəkləyənlərə təşəkkür edib. Tənqid edənlərə isə cavabında bunları deyib:

"Həyata baxışın dəyişməlidir. Özün kimi baxmalısan. Öz baxışın olmalıdır. Öncəliklə sən nə istəyirsən bunu anlamalısan. Bu həyatda içini rahat tutub, insanları seçmədən hörmət bəsləyib sevməlisən. Sahib olduğun hər zərrəyə görə şükr edib, təşəkkür etməlisən. Ailənə və səni sevən çevrənə xəyanət etmədən yaşayıb, vicdanını rahatlatmalısan. Allah hər birimizin içindədir, sadəcə, onunla danışıb, onunla məsləhətləşin. Məsləhət olan hər şey axır-əvvəl gəlib səni tapacaq. İnad etmə, xeyirlisini istə”.

Qeyd edək ki, Aynişan Quliyeva "O səs Türkiyə” müsabiqəsində tanınmış müğənni Murad Bozun komandasında yarışacaq.

BAKU.WS