SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkələrdə gözəl səsli çoban kimi məşhurlaşan neftçalalı Pərvin Səfərov artıq Bakıya köçüb.

BAKU.WS-in məlumatına görə, yeniavaz.com-a açıqlama verən Pərvin "O Səs Türkiyə" yarışmasının hazırlıqlarını Bakıda davam etdirdiyini bildirib:

"Bakıda qalmağa yerim olmadığına görə, rayona gedib-gəlməli olurdum. Bu isə yarışmaya tam gücü ilə hazırlaşmağımda mənə bir sıra çətinlik yaradırdı. Artıq Bakıya köçmüşəm. Sağ olsunlar, Xırdalanda - "AAAF PARK" yaşayış kompleksində mənə qalmaq üçün yer verdilər. Konservatoriyaya hazırlığa burdan gedib-gəlirəm. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm".

BAKU.WS