VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"ARB Ulduz"un "Virtual həyat" verilişinin qonağı olan müğənni Xəyyam Nisanov maraqlı açıqlamalar verib.

Mediaya qapalı şəkildə baş tutan toydan sonra boş dayanmayıb sənəti ilə bağlı işlərini davam etdirəm müğənni Xəyyam Nisanov gələcək planları ilə bağlı açıqlamalar verdi:

“2018-ci ildə baş tutacaq solo konsertə hazırlaşıram. Hazırlıqlar davam edir. Bir neçə gündən sonra yeni mahnı da olacaq. Solo konsertimin baş prodüseri və musiqili prodüseri Vaqif Gərayzadədir. Konsertdə xüsusi olaraq mənə aid olan mahnılar, bəstəkar mahnıları və bir neçə retro mahnı olacaq”.

Azərbyacanda kasıb müğənni yoxdur, deyib, sonra “dilim dilim olasan, dilim” söyləyən Xəyyam dediyini yenə də olduğu kimi təkrarladı:

“Azərbaycanda kasıb müğənni yoxdur. Hər bir musiqiçimizin evləri, maşınları var. Bu, kasıb yaşayış deyil də. Allah hamının ruzisini versin. Bu məsələlərdə gözə gəlmək olmaz. Hər şey göz qabağındadır. Hamı bunu bilir. Gizlətməyin nə mənası var ki?”

Xəyyam Nisanovla olan geniş müsahibəni bu bazar saat 13-də “Şou məkan” verilişində izləyə bilərsiz.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

BAKU.WS