SİZİN REKLAM BURADA!
055 213 76 73



Xəzər TV-də yayımlanan 5/5 verilişində maraqlı anlar baş verib. 

BAKU.WS-in məlumatına görə, Zaur Kamalın aparıcı olduğu verilişə qonaq gələn xanım müğənni Bahar Lətifqızı gözlənilməz vəziyyətlə üzləşib. 

Qonaqları və musiqiçiləri salamlayan müğənni yeni mahnısını oxumaq istəyib. Ancaq Zaur mahnının efirdə səslənməyəcəyini bildirib: "Yox, toy tutursan? Toy mahnıları bizim efirdə qadağandır. Mən deməsəm mahnını verməyəcəklər".

Müğənni isə mahnının milli ruhda yazıldığını və bayağı mahnı olmadığını söyləyib. Ancaq bu sözlər Zauru fikrindən döndərməyib. 

Həmin görüntüləri təqdim edirik: 

Nazim
BAKU.WS