VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Əməkdar artist, tanınmış aktrisa Naibə Allahverdiyeva hamıdan gizlətdiyi həyat yoldaşı ilə tədbirlərin birinə qatılıb.

BAKU.WS-in yenicag.az-a istinadən verdiyi məlumata görə, aktrisa özündən 7-8 yaş kiçik həyat yoldaşını fotokameramızdan gizlətməyə çalışsa da, buna nail ola bilməyib.

Səmimiyyəti ilə diqqət çəkən cütlük saytımıza fikirlərini də bölüşüb:

“Ərim çox yaraşıqlı kişidir. İstəmirəm, onu gündəmə gətirib başıma iş açasız. Bəd-nəzərdən qorxuram. O, özü də fotolarının çəkilməsini istəmir. Deyir əsas odur ki, mən sənin ərinəm. Bunu kiməsə sübut etməyə ehtiyac yoxdur. O, məni çox qısqanır, buna görə də, məni tək buraxmır.”

Həyat yoldaşının isə sözü qısa və konkret olub: “Naibəni çox sevirəm.”

Naibə xanım onu da qeyd edib ki, həyat yoldaşı kiçik bizneslə məşğuldur.

BAKU.WS