VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bəstəkar Tahir Əkbər xəstəxanaya yerləşdirilib.

BAKU.WS-in məlumatına görə, bu barədə müğənni Aybəniz Həşimova Facebook səhifəsində yazıb.

“Mədəniyyətimiz üçün heç də xoş olmayan səhər açıldı. Səhər saatlarında gözəl bəstəkar, mahnıları ilə bütün şərqi dolaşan əziz dostum Tahir Əkbər ağır insult keçirib. O, hazırda “Semaşko”da reanimasiyaya yerləşdirilib”, - deyə Aybəniz Həşimova qeyd edib.

O, birinci xanım Mehriban Əliyevadan kömək istəyib: “Tahir Əkbərin ailədə maddi durumu o qədər ağırdır ki, heç ağıla gəlməyən dərəcədə. Sizdən xahiş edirəm ona dəstək olun. Onun kimi bəstəkar gündə doğulmur.Tahir müəllimə isə Allahdan şəfa diləyirəm. Dostlar siz də dua edin.”

BAKU.WS