SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Miri Yusif üçüncü dəfə ata olub.

BAKU.WS-in məlumatına görə, bu barədə müğənni "İnstaqram" hesabında məlumat verib.

İfaçı həyat yoldaşı Nərgizlə şəklini paylaşaraq yazıb: “Bu gün mənim ad günümdür və bu günün ən gözəl hədiyyəni həyat yoldaşım mənə verdi. Üçüncü dəfə ata oldum. Mir Cahid, dünyaya xoş gəlmisən”.

Qeyd edək ki, Miri Yusifin Mir Hüseyn və Adel adlı daha iki övladı var.

İman
BAKU.WS