ARB TV-nin "Səhər-Səhər" verilişinin növbəti qonağı meyxanaçı-müğənni Namiq Qaraçuxurlu olub.

O, toyuna ancaq kişilərin dəvət olunmasının səbəbini açıqlayıb:

"Toy məsələsini çox düşündüm. Şəkillərin yayılmasını və həyat yoldaşımı kiminsə görməsini istəmirdim. Bilirəm ki, jurnalist dostlarım işıqlandıracaq. Sonda isə belə qənaətə gəldim ki, kişi toyu edim və xanımları dəvət etməyim. Düzdür, sonradan Bakı kəndlərinin birində xanım məclisi də təşkil etdim. Jurnalistlərə də çox qadağa qoymaq olmaz, çünki onların gözünün qarşısında böyümüşük".

BAKU.WS