SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin məşhur yarışı "Yetenek Sizsiniz"in ilk turuna azərbaycanlı qız qatılıb. 

BAKU.WS-in məlumatına görə, adının Firuzə İdrisbəyli olduğunu deyən qız səhnəyə təxminən 2 metr uzunluğunda piton ilanı ilə çıxıb, oriental rəqs nümayiş etdirib. Lakin Firuzənin rəqsi münsiflər tərəfindən II tura keçməsi üçün yetərli hesab edilməyib.

Özünü təqdim edərkən İstanbulda yaşadığını deyən qız 21 yaşı olduğunu deyib. 

Verlişin aparıcısı Alp Kırşan səhnəyə çıxaraq ilanı ilə rəqs edib. 

İman
BAKU.WS