Ötən gün boşanma xəbəri yayılan Rəvan Qarayevə ikinci həyat yoldaşı Günay Rəhimovadan cavab gəlib.

BAKU.WS publika.az-a istinadən xəbər verir ki, ifaçının veriliş zamanı söylədiyi fikirləri keçmiş xanımı qəzəblə qarşılayıb.

O, sosial şəbəkədə R.Qarayevə bu sözləri yazıb: "Sən evə gec gəlmirdin. Sən heç evin yolunu tapırdın ki? Özünü güldürmə. Sənə yazığım gəlir. Allah sənə kömək olsun. Çünki öz fikrin yoxdur, vicdansız insanların qurbanı oldun. Əsl kişi ailəsinə, qızına sahib çıxar, daha özünə kolleksiya düzəltməz".

G.Rəhimova R.Qarayevin 3-cü dəfə evlənmək istəməməsindən də danışıb: "Sən Allah 3-cü dəfə də evlən. Atanla, anan onun da beynini yesin. Rəvan, öz danışdığına özün inanırsan. Deyir ki, qızlarım üçün yayaşıram... Daha danışma, danışdıqca batırsan".

BAKU.WS