SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın 16-da Türkiyədə nikahımız oldu. Toydan 2 gün sonra keçmiş arvadı həyat yoldaşıma yazmağa başladı. Cavab verməyəndə, mənə yazıb şantaj edirdi.

BAKU.WS xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında aktrisa Cəmilə Tağızadə deyib.

Aktrisa bildirib ki, əri Muradın keçmiş həyat yoldaşı onları şantaj edir:

"Mənə yazdı ki, tanınmışsan, səni biabır edəcəm. Mənim borclarımı ödəsin, qızılları versin. Qadın adam aldatmaqla məşğul imiş, ona görə boşanıblar. Ondan sonra toyunda alınan qızılları satıb, borclarını qaytarıblar.

Onun mesajlarına cavab vermədim, başladı qohumlarıma yazmağa. Yazır ki, Muradla Cəmilə yalançıdır, tanıdığınız biri deyil. Onu məhkəməyə verdim. Bunlara görə cavab verəcək. Onun səviyyəsinə enməyəcəm. Yaxşı xanım olsaydı, evində oturardı, yoldaşı ondan boşanmazdı. Hər yerdə deyir guya bu boşanma ərizəsi verib. Yalan danışır. Murad məhkəməyə ərizə verib ki, onu boşasın.

Bir övladları var, bütün onun ehtiyaclarını ödəyirik. Yalandan deyir ki, uşaq xərçəng xəstəsidir, ona çox pul lazımdır.

Qadın mənim əhvalımı o qədər pozmuşdu ki, depressiyaya düşmüşdüm. Hər şeydən uzaqlaşmışdım".

BAKU.WS