SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin məşhur aktyoru, “İçerde” serialında yaratdığı Alyanak obrazı ilə azərbaycanlı tamaşaçılarının da sevgisini qazanan Yıldıray Şahinler Azərbaycana səfər edib.

BAKU.WS-in məlumatına görə, aktyor Bakıda çəkdirdiyi fotoları İnstagram səhifəsində paylaşıb.

O, paytaxtımıza xanımı Gizemlə səfər edib. Onlar Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyat muzeyi, Azərbaycan Dövlət Musiqili teatrının binası qarşısında, “Tarqovı”da fotolar çəkdirərək paylaşıb.

Yıldıray Şahinler Bakının mərkəzində çəkdirdiyi fotoya belə şərh yazıb: “Bir şəhərin küçələrində, meydanlarında ağac olarsa, uşaqları şad, insanları gülərüzlü olur. Hələlik, yaxşı Bakı. Çox sağ olun.”

Sevilən aktyorun Bakıda çəkdirdiyi fotoları təqdim edirik.

BAKU.WS