VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Aktyor İlkin Həsəni "Bozbash pictures"in bağlandığı ilə bağlı məlumatlara cavab verib. 

BAKU.WS-in məlumatına görə, İlkin bu barədə öz şəxsi Instagram hesabında video paylaşıb və bunları deyib: 

"Son vaxtlar mətbuatda məlumatlar gedir ki, "Bozbash pictures" bağlanır. Elə məlumatlara uymayın. "Bozbaş pictures" fəaliyyətini davam etdirir. Senari ətrafında qızğın müzakirələr gedir. İlkin Misgərli və Nicat Rəhimov senarini müzakirə edirlər. Tezliklə sizin qarşınızda olacağıq".

Qeyd edək ki, bir müddət öncə ATV kanalının rəhbərliyində dəyişiklik olub. Məhz bundan sonra yeni rəhbər Azər Xəlilovun "Bozbash pictures"in bağlanması barədə qərar verdiyi haqqında məlumatlar yayılmışdı.  

BAKU.WS