SİZİN REKLAM BURADA!
055 213 76 73



Tanınmış meyxanaçı Aydın Xırdalanlı internetdə yayılan video ilə bağlı BAKU.WS-ə eksklüziv olaraq açıqlama verib. Meyxanaçı bildirib ki, həmin video bir neçə il bundan əvvəl çəkilib.

 

"Həmin video bir neçə il bundan əvvəl çəkilib, lakin indi niyə yayıldığını bilmirəm. Həmin adamlar idmançı idilər. Mən xəstəxanada olanda gəlmişdilər. Söhbət etdilər və getdilər”, - deyə Aydın Xırdalanlı bildirib.


Meyxanaçı həmişə bir əqidədə olduğunu və heç vaxt kimlərəsə görə dəyişməyəcəyini deyib: "Mən heç kimdən qorxmuram. Heç vaxt da kiməsə görə dini əqidəmi dəyişməyəcəyəm”.


Bundan sonra da meyxanasına davam edəcəyini deyən Aydın Xırdalanlı vahabilərə ismarış da göndərib: "Bizdə o qədər problem var. Həmin problemlərdən deyəcəyəm. İşim-gücüm qurtarıb ki, vahabilərdən deyim”, - deyə meyxanaçı bildirib.


Ziya Səccad

BAKU.WS