SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün ARB TV-nin “Səhər-səhər” proqramının çəkilişi zamanı aparıcısı Elgiz Əkbərlə qonaq arasında gərginlik yaşanıb.

Belə ki, KİV-in yaydığı məlumata görə, proqramın aparıcısı Elgiz verilişdən uzaqlaşdırılıb.

Məsələ ilə bağlı kanalın Strateji İnkişaf, Marketinq və Media direktoru İsmayıl Həsənov açıqlama verib: “Bu məsələ ilə bağlı heç bir xüsusi iclas olmayıb “Səhər-səhər” verilişinin çəkilişi zamanı aparıcı ilə qonaq arasında müəyyən anlaşılmazlıq olub və gərginlik yaşanıb. Sonradan məsələ öz həllini tapıb. Burda böyüdüləcək bir şey yoxdur".

Qeyd edək ki, bu gün “Səhər-səhər” proqramı Elgiz Əkbərin təqdimatında yayımlanıb.

BAKU.WS