VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Tanınmış müğənni Röya Ayxan formada qalmağının sirrini açıqlayıb. 

BAKU.WS məlumat verir ki, Röya Xəzər Tv-də yayımlanan "Hər şey daxil” verilişində necə formadan qalmağından danışıb:

"Gün ərzində cəmi 1 dəfə yemək yeyirəm. Elə bir xüsusi pəhrizim yoxdur. Amma qidalanmağıma fikir verirəm. Çox qəribə yemək zövqüm var. Oturub dolma yeyərəm, üstündən paxlava, şirniyyat. Bir də acı bibəri çox yeyirəm. Əvvəl su içmirdim. Köməkçim məni öyrəşdirdi. Çox çətin idi. Ürəyim bulanırdı, halım pisləşirdi. İndi öyrəşmişəm” - deyə müğənni bildirib.
 
BAKU.WS