VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xalq artisti Aygün Kazımova Məhərrəmlik ayının ilk günündə - sentyabrın 22-də böyük konsert verəcək.

BAKU.WS-in məlumatına görə, Aygün Kazımovanın səhnə fəaliyyətinin 30 illiyinə həsr olunan Solo Konserti “Kristal Hall”da baş tutacaq.

Konsertin Məhərrəmlik ayının ilk günündə keçirilməsinə baxmayaraq bilet satışı məntəqələrində insanların sıxlığı müşahidə edilir.

Konserti dünya şöhrətli fransalı xoreoqraf Reda Bentefurun rəhbərliyi ilə beynəlxalq komanda ərsəyə gətirəcək. 30 ili bir günə sığdıracaq Pop Diva həyatının ən təntənəli şousu ilə Azərbaycanda ilk dəfə “Kristal Hall” səhnəsində çıxış edəcək!

Qeyd edək ki, Qafqaz Müsəlmanlar İdarəsi Məhərrəm ayı və aşura günü ilə bağlı fətva verib. Bu il Məhərrəm ayı sentyabr ayının 22 -də başlayacaq. Aşura günü isə oktyabr ayının 1-i olacaq.

BAKU.WS