SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Məşhur aktyor, musiqiçi, "Crocus Group" şirkətlər qrupunun vitse-prezidenti Emin Ağalarov bugün dərc olunan "HELLO” jurnalının qəhrəmanı olub.
 
BAKU.WS-in məlumatına görə, mayın sonlarında Emin və onun keçmiş həyat yoldaşı Azərbaycan prezidentinin qızı Leyla Əliyeva sosial şəbəkələrdə onların müvafiq ərizə ilə boşanmalarını elan etmişdilər. Bu müsahibədə EMİN-in rəsmi boşanmasından sonra mətbuatla ilk ciddi söhbəti idi.
 
Jurnalın redaktoru Səbinə Dadaşovanın Eminlə müsahibəsini təqdim edirik:
 
"Biz Eminlə 4 ilə qədər yaşadığı Bakıda tanış olmuşuq. 1983-cü ildə Ağalarov ailəsi Moskvaya köçür. O vaxtdan bəri o, yenidən və yenidən Azərbaycana qayıdır. Uşaqlıqda tətilə, indi isə daha çox işə görə. Bu dəfə isə Emin Bakı Yaşıl Teatrda ənənəvi yay konserti vermək, həm də ”Hello” jurnalına müsahibə vermək üçün məmləkətini ziyarət edib.

Söhbətimiz və cəkiliş Bakı ətrafında Xəzər dənizinin sahilində Nardaran kəndində ucaldılmış Eminin "Sea Breeze” luks istirahət kompleksində gercəkləşir. Yaxınlıqda Eminin 6 yaşındakı oğulları Əli və Mikayıl ilə dincəldiyi evi var. Həmin evdə - böyük ağ royal var. Bizim çəkilişimiz zamanı vaxtaşırı Emin həmin royala yaxınlaşırdı, nəsə ifa edir, zümzümə edirdi. 
 

 

 

Biz uzun müddət söhbət etdik. Emin, çox artistlərdən fərqli olaraq fotosessiyaların və müsahibənin həvəskarı deyil. Çünki Eminin fikrincə, həmin iki saat ərzində studiyada iki mahnı yazmaq olar. Bəzən mən bilmirəm ki, uşaqlarmın niyə gedirsən sualına necə cavab verim. Axı mən heç işləməyə bilərəm, uşaqlarla evdə otura bilərəm. Amma mən bununla razılaşmaq istəyirəm. Ona görə də işimlə bağlı Londona, Moskvaya uçuram.   

Yox-yox, düşünməyin ki, Ağalarov robotdur. O, səhərə qədər dostlarla oturmağı sevir. Emin danışmağı, mübahisə etməyi, mahnılar ifa etməyi, sahil boyunca avtomobil sürməyi, futbol oynamağı sevir. Emin yalan danışmır. Çünki nə vaxt o, musiqi haqqında, yeni mahnılar və ya yeni layihələr haqqında danışır onun gözləri parıldayır. 
 

 

 


"Uduzmaq - bu bir variant deyil. Mənim üçün bu, xoşagəlməz hissdir. Yəqin, mənə bu hiss atamdan gəlir. Mən uşaqlıqdan bir epizodu yadda saxlamışam. Bir dəfə atam bizi anam və bacınla aeroporta aparırdı. Avtomobilimiz gölməçədən keçərkən qəflətən yol kənarında dayanan şəxslərin üzərinə palçıq sıçradı. Atam avtomobili dayandırdı, pəncərəni açdı və onlardan üzr istədi. Amma onlar kobud reaksiya verdilər - atamı və anamı təhqir etməyə başladılar. Atam anamın təkidlərinə baxmayaraq avtomobildən düşdü və beş nəfərin üzərinə getdi. Üçünü döydü, ancaq iki nəfər qaçdı. Nəticədə, atam bizi aeroporta apardıqdan sonra, o travmatalogiyaya getdi. Onun əlini gipsə qoydular. Sonradan məlum oldu ki, davada onun əlini sındırıblar. Mən həmişəlik bu səhnəni yadda saxladım. Nə qədər sənin rəqibin olsa da, sən həmişə qalib olacaqsan. Atam heç vaxt sözləri ucadan tələffüz etmir. "Mən səni sevirəm, oğul" və ya "Səninlə fəxr edirəm" deyir. Mən bilirəm, biz onunla indi əsl dostuq. İstərdim ki, mənim uşaqlarımlada atamla olduğu kimi eyni münasibətlərim olsun", - deyə Emin söyləyirdi. 
 


Yeri gəlmişkən, Bakı Yaşıl teatrında konsertdən sonra axşam Emin atası Araz Ağalarova zəng vurdu və uzun müddət ona konsertin necə keçdiyini danışdı".
 


BAKU.WS