VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Müğənni Nadir Qafarzadə faytonçu Nazimin ölüm xəbəri haqda məlumat verib.

BAKU.WS-in məlumatına görə, ifaçı faytonçu Nazimin ölüm xəbərini təkzib edib.

“Səhər eşitdiyim xəbər məni şoka saldı. Tez yaxınlarıma, tanıdıqlarıma əlaqə saxladım. İnanırdım ki, bu yalnış xəbərdir. Elə də oldu. Can Nazim, bəzi adamlar, insanların ölüm xəbərini yaymaqla nə qazanacaqlarının fərqində deyillər. Şükür ki, eşitdiyim xəbər oldu. Allah sənə can sağlığı versin. Allah səni sevənlərinə doğmalarına çox görməsin”.

İfaçının bibisi oğlu Müşfiq Şarverdiyev də sosial şəbəkədə faytonçu Nazimin ölüm xəbərini təkzib edib.  

Qeyd edək ki, faytonçu Nazimin ölüm xəbərini onun həmkarı ifaçı Vüqar Muradov sosial şəbəkədə yayıb. Daha sonra musavat.com saytı ilk olaraq müğənninin ölümü haqda xəbər yayıb. Xəbər yayıldıqdan sonra müğənni statusunu silib.  

Tuncay
BAKU.WS