SİZİN REKLAM BURADA!
055 213 76 73


 

"Jara” festivalında iştirak edən sabiq ukraynalı millət vəkili İrina Berejnaya faciəvi şəkildə dünyasını dəyişib. 

BAKU.WS-in məlumatına görə, Xorvatiya ilə İtaliya dağlıq yolunda dəhşətli qəza baş verib.  Qəzanın nəticəsində məşhur müğənni Ani Lorakın rəfiqəsi İrina Berejnaya həyatını itirib. 

Məlumata görə, sabiq millət vəkili 8 yaşlı qızı ilə olub. Onların sürücüsü idarəetməni itirərək qəza törədib. Sürücü ilə İ.Berejnaya yerindəcə ölüb. 

Sabiq millət vəkili şou-biznes nümayəndələri ilə dostluq edib. O, mütəmadi olaraq yığıncaqlarda iştirak edib. 

Tuncay
BAKU.WS