VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Səni axtarıram" proqramının aparıcısı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə Polad Aslanov adlı şəxsə qarğış edib. 

BAKU.WS-in məlumatına görə, aparıcı P. Aslanovun Facebook-da paylaşdığı xəbərin şəklini çəkərək İnstaqram-da paylaşıb.

Teleaparıcı bildirib ki, xəbərin başlığında öz övladı dünyasını dəyişmiş kimi verilib. Buna əsəbləşən aparıcı sərt reaksiya verib:  

"Ey, bu başlığı yazan insan!!! Sənin ailən, anan, atan, bacın, qardaşın varmı? Varsa, bu xəbərə başlığı hansı vicdanla yazırsan?! Bilirsənmi, bu başlığı bu gün oxuyub halı pisləşən nə qədər yaxınım olub? Bəli, "Xoşqədəm Hidayətqızı" adı reytinqdir, milyonlarla oxucu deməkdir... Amma daha bu cür başlıqla onun yaxınlarına, ailəsinə acı yaşadacaq halda yox. 

Yazıqlar olsun! Bu cür başlıqları yazaraq bu gün mənim ailəmə həyəcan, qorxu hissi yaşadanlar, bu hadisə sizin başınıza həqiqətən gəlsin və ailəniz, yaxınlarınız mənim ailəmin bu gün yaşadıqlarını yaşasın. Məni bu bəddua üçün kimsə qınamasın. Bu gün övladım yanımda olmasaydı, bəlkə mənim də bu başlığı oxuyub ürəyim dayanacaqdı. Ona görə də, bu duaya görə kimsə məni qınamasın".

İman
BAKU.WS