VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakıda, Xəzər dənizinin sahilindəki "Sea Breeze” istirahət mərkəzində keçirilən "Jara” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərindən keçidi olub. 
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qırmızı xalıya ilk öncə festivalın təşkilatçısı müğənni Emin Ağalarov övladları ilə birlikdə çıxıb. Onun ardınca xalı üzərindən festivalın digər məşhur iştirakçıları keçiblər.  
 
Qeyd edək ki, festivalın açılış günündə keçirilən qala-konsertdə səhnəyə Emin, Vera Brejneva, Loboda, Qriqori Leps, Ani Lorak, MBand qrupu, Valeriya,  Potap və Nastya və başqaları çıxacaqlar.
 
Sabah məşhur rusiyalı ifaçı Sofiya Rotarunun yubileyinə həsr olunmuş xüsusi proqram təqdim olunacaq. İyulun 29-da Alla Puqaçovanın, iyulun 30-da isə Qriqori Lepsin yaradıcılıq gecələri keçiriləcək.
 
500-dən çox qonağın iştirak edəcəyi "Jara-2017” musiqi festivalını 32 min tamaşaçı canlı izləyəcək.  
 
BAKU.WS