SİZİN REKLAM BURADA!
055 213 76 73



Xalq artisti Brilliant Dadaşova erməni qarmon ifaçısı Varujan Şahbazyanı tərifləməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, xalq artisti İnstagram səhifəsində onu qınayanları cəbhədə döyüş meydanına dəvət edib.

"Əziz dostlarım, mənə qara PR edən "psevdovətənpərvərləri" qınamayın. Əlbəttə ki, döyüşlərin ən çətin və qızğın vaxtında səngərlər və döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarından yazamayacaqlar ki... Çünki göndərsən, bunlardan heç biri o döyüş meydanına getməyəcəkdi. Sizə əla əhval-ruhiyyə arzulayıram”, - deyə Brilliant Dadaşova bildirib.

Xatırladaq ki, ötən gün müğənninin İnstagram səhifəsində erməni qarmon ifaçısı Varujan Şahbazyanın ifasının altında şərhləri gündəmə gəlib. Belə ki, Varujanın iyunun 4-də yayımladığı videosuna Brilliant "Super” şərhini yazıb. Erməni musiqiçi isə ona "Sağ ol, əzizim” cavabını verib.

Məlum olub ki, bu B.Dadaşovanın onun ifasına ilk reaksiyası deyil. Varujanın bir çox paylaşımının altında müğənnimizin şərhləri, əla və ürək işarələri ortaya çıxıb.