SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"İstəmirəm "efir meymunu" olum. Bəziləri efir üçün ölürlər. Onlar "efir, yayım meymunu"durlar. Efirə ehtiyac olanda çıxarlar. Ya sənə veriləcək sual olmalıdır, ya da nəsə layihə etməlisən".

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Faiq Ağayev "ATV maqazin onlarla" verilişində deyib.

Müğənni efirdə tez-tez görünən həmkarlarını qınayıb:

"Anam hər zaman deyir ki, çalış ev "şəp-şəp"inə dönmə. Ev şəpitləri nimdaş olur, atmaq istəyirsən. Efirdə çox görünənlərdə elədir. Ona görə də az-az görünməlisən". 
 
BAKU.WS