VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Rejissor Kənan MM aktrisa Pərvin Abıyevaya "Maşın Şou”da "bacım" deməsinə aydınlıq gətirib.
 
BAKU.WS-in məlumatına görə, o, yayılan bəzi söz-söhbətlərin şayiə olduğunu İnstaqran hesabında yazıb. 

Rejissor bəzi jurnalistləri də təhqir edib: 

"Bizim dostluğumuz bazara kimi deyil məzara kimidir. İnsanları düşünmə və anlama tərzi başqadır. Biz könül dostumuzu yarıyolda buraxacaq qədər etibarsız deyilik. Dost itirən yaşımız deyil. İki dəfə dost itirdim, Allah heç kimə yaşatmasın. Həmişə yıxanın yox, yıxılanın yanında olmuşam. Bu günə kimi baş verən hadisələrlə bağlı heç kimə əxlaqsız kəlmə demədim, səbr etdim, dözdüm. Valideynlərimin mənə verdiyi tərbiyəni, ailəmi düşünmüşəm. Amma görünür öz ailəsini düşünməyənlər oldu. Bizə düşmən lazım deyil. Əlimizdəki bütün işləri atıb başqasının həyatı ilə yazı-pozu edənik. Qəribədir, bəzisinə hər şey etmək olar, bəzisinə isə yox. Öz hislərimizi ifadə etməkdən məhrum olmuşuq. Susursan, qorxaq və haqsız deyirlər, danışanda isə kobud olursan. Əziz dostum Pərvin, qəlbimdə sonuna kimi yerin var. Həyatına davam et. Sənə nifrət edənlər sənə həsəd aparanlardır”.

Rejissor əlavə edib ki, o erməni yox azərbaycanlıdır: "Mən erməni deyiləm qəbul etsənizdə etməsənizdə. Mən azərbaycanlıyam. Mərdi qova-qova namərd edərlər".
 
BAKU.WS