VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Gedəndə çox həvəslə hazırlaşıb getmişdim. Oradakıların insan olduğuna inanırdım, amam bir nemə insanı çıxmaq şərti ilə hamısında min dənə üz gördüm. Hər biri üzümə elə gülürdü".
 
BAKU.WS xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva öz şəxsi Instagram-ında yazıb. O bildirib ki, iştirakçılarla dost qalacağını zənn edib: "Elə mülayim idilərsə, o boyda sənətçilər, illərin təcrübəli sənətkarlarının mənimlə nə işləri var idi? Biz burdan sonra da dost qalacağıq deyə düşünürdüm. Amma şox heyif, əsl üzlər elə mən çıxandan sonra açıldı. Nadir, Sərxan, İslam, ən çox da Aqil məni cox təəccübləndirdi.
 
Sərxan mənə dedi ki, "Pərvin sən qorxma, onsuzda o səs toplamayacaq. Kimdi ona ses verən. Mən efirdə ona terəf danışacam. İncimərsən?" 
 
Nadir - Mən səni həmişə çox istəyirəm. Sən mənim qızım yaşımdasan. Çox gözəlsən, səmimisən, safsan. Səni çox istəyirəm. Amma mənim adım çəkiləndə o sevinc qışqırıqları atırdı. 

İslam - Hər zaman dəstək olduğum, tərəfini saxladığım insan, bütün dostlarımı toplayıb hamısına ona səs göndərtdim. O xanım hədəfi dəyişən kimi susdu, düşünürəmki qorxdu. 
 
Təranə xanım - xətrini çox istəyirəm. Amma o da özünü səhv göstərdi. Sənə səs istəmişəm, səninləyəm dedi, amma sonra? 

Sevindiyim bir şey var. Nəyəm oyam. Necəyəm ələ də olacam. Maşına görə artistlik etmiyəcəm. Heç kimin qəlbini qırmıyacam dedim, oyun oynamıyacam dedim, elə də elədim! Tək səhvim ailəmi qorumaq idi. Ona görə əsəbiləşdimsə, əcəb elədim. Peşman da deyiləm. Hər kəs eynisini eliyərdi. Mən əminəm ki, mən onun elədiyini eləsəydim əlini maşından çəkib mənə hücum edərdi. Əgər Kənanın tərəfində oldun, belə oynadınız deyirlərsə, yaxşı ki elə bir sifəti olan, neçə illərdi yanılmadığım MM-in yanında oldum. Deyirsiz onun badına getdim. Təki onun badına gedim. Mən bilirəm ki, mən o aile üçün, o ailə də mənim üçün əbədi, dəyərli olacağıq. "Maşın şou" ilə əlaqəli deyəcəklərim və postum bu qədər! Bu da son!"
 
BAKU.WS