SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Mərhum reper Hüseyn Dəryanın oğlu Cahangirin Nadir Qafarzadəyə yazdığı mesaj gündəmi zəbt edib.
 
Məsələyə aydınlıq gətirmək üçün Hüseyn Dəryanın həyat yoldaşı Sona Muradova ilə əlaqə saxladıq. PrimeTime.Az-a açıqlama verən Sona xanım oğlunun heç vaxt özündən böyüyə qarşı bu hərəkəti edə bilməyəcəyini deyib:
 
"Kənan "Maşın Şou"dan aldığı bütün hədiyyələri Cahangirə verib. O da bunu şəxsi instagram hesabında paylaşdı. Kənan etiraz etsə də, bu hərəkəti lazım bildik. Çünki "Kənan sizin üçün nə edib?" sualını çox verirlər. Kimsə bu şəkli instagram üzərindən Nadir Qafarzadəyə yollayıb. Altında da "Sox gözünə bunu" yazıb. Nadir elə bilib ki, bunu Cahangir edib. O da emosional insan olduğu üçün bunu hesabında paylaşıb. Bu hadisə gecə baş verib. Cahangir isə saat 22:00-dan yatır. Həm də övladıma elə tərbiyə verməmişəm. O, özündən böyüyə ancaq "siz" deyə müraciət edə bilər. Nadirlə özüm əlaqə saxladım. Ona bu hərəkəti etməyinin düzgün olmadığını dedim. O isə mənə həmin şəkli atdı. Nadirə dedim ki, diqqətlə baxsan şəkli sənə kimin yolladığını görəcəksən. Bundan sonra Nadir mənlə əlaqə saxlayaraq üzr istədi. Ara qarışdırırlar dedi. Onunla aramızda heç bir problem yoxdur. Sadəcə olaraq anlaşılmazlıq oldu. Bunu da danışaraq yoluna qoyduq".
 
BAKU.WS