SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist, tanınmış aktrisa Kübra Əliyeva Azərbaycanı tərk edib.
 
BAKU.WS xəbər verir ki, qış ayından Türkiyəyə, qızının yanına köçən məşhur Milli.Az-a hələ bir neçə ay da orada qalacağını bildirib:

"Mən hər qış aylarında Türkiyəyə gedib, qızımın yanında yaşayıram. Təbii ki, Bakıda yaşayan qohumlarımla əlaqələrimi kəsmirəm. Bura mənim üçün çox yaxşıdır, evimizlə şəhər arasında çox qısa məsafə var. Bakıda hər yerə maşınla getdiyim halda, burada hər gün piyada gəzə bilirəm. Bu, mənim səhhətim üçün də çox yaxşıdır. Həm istirahət edirəm, həm də müalicə olunuram. Şükür Allaha, hər şey qaydasındadır. İyulun 19 da inşallah Azərbaycana qayıdacaqam".
 
BAKU.WS