VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


ARB TV-nin "Gəlin danışaq” verilişinin növbəti qonağı müğənni Elariz Məmmədoğlu olub.

Müğənni ilk olaraq şəhid olan qardaşından söz açaraq, ölüm xəbərini hələ də analarına demədiklərini bildirib: "İndi yəqin ki, anam verilişə baxacaq, halı pis olacaq. Qardaşım Qarabağ şəhididir. Bu barədə heç bir zaman danışmıram ki, pis oluram. Onun biz meyidini də tapmadıq, döyüş zonasında qalmışdı, götürə bilmədik. Biz anamı aldatmışıq ki, hələ də sağdır, bəlkə də xaricdədir. 1993-cü ildən bu günədək aldada-aldada yaşayırıq”.

Daha sonra Elariz Məmədoğlu onu da əlavə edib ki, atası 14 il ərzində yas saxlayaraq, üzünü təraş etməyib: "Atam o dövrdən sonra 14 il yaşadı, 14 ildə ancaq saqqal saxladı. Dedi ki, nə zaman oğlum qayıdar, onda üzümü təraş edərəm. Axıra qədər elə bildi ki, oğlu itkin düşüb, oğlu sağdır, nə vaxtsa gələcək, bəlkə də xaricdədir. Əfsanələr uydura-uydura yaşadırdıq kişini. Amma 2004-cü ildə rəhmətə getdi”.

Müğənni son olaraq qardaşının ölüm xəbərini necə aldığını da açıqlayıb: "1993-cü ilin fevralın 19-u şəhid olmuşdu, 20-si mənə xəbər verdilər. Həmin gün toyda idim. Məni çağırıb dedilər ki, yaralanıb diyəsən, mən başa düşdüm ki, pis xəbərdi. Özümü itirdim”.

BAKU.WS