VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Kiyevdə keçirilən "Eurovision 2017" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Diana Hacıyeva (Dihaj) bu gün ilk yarımfinalda çıxış edəcək.

BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq tədbirdə təmsilçimiz "Skeletons" mahnısını ifa edəcək.

Ölkəmizdən başqa, ilk yarımfinalda iştirak edəcək ölkələr bunlardır:

İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Monteneqro, Finlandiya, Portuqaliya, Yunanıstan, Polşa, Moldova, İslandiya, Çexiya, Kipr, Ermənistan, Sloveniya, Latviya.

Qeyd edək ki, Dihaj müsabiqədə 8 nömrə altında çıxış edəcək. İkinci yarımfinal mayın 11-də, final isə mayın 13-də keçiriləcək.