VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Müğənni Afaq Aslan yeni fotosessiya etdirib. 
 
BAKU.WS-in məlumatına görə, müğənni yeni şəkillərini Instagram hesabından paylaşıb. Müğənnin fotoları sosial şəbəkədə qısa zamanda çox sayda insan tərəfindən bəyənilib. 
 
Qeyd edək ki, müğənni Afaq Aslan bir müddət öncə açıq-saçıq fotosessiyaları haqqında açıqlama verib: 
 
"Zənnimcə, əgər səhnə insanları yaradıcı insanlardırsa, bizim həyata keçirdiyimiz proyektlərə incə sənət kimi yanaşmaq və incəsənət istiqamətilə qiymətləndirmək lazımdır. Bəzi dar düşüncəli insanların şüuraltı düşüncələrilə yanaşmaq lazım deyil. Səhnə insanı obrazdan-obraza girməklə sıradan insanlardan seçilməli və tamaşaçıları yaradıcılığında olan yeniliklərlə təəccübləndirməlidir. Niyə xarici ulduzlar bunu edəndə alqışlayırıq, bizimkilər nəyisə edəndə daş-qalağa basırıq?! Özümüzünkülər nəsə cəsarətli bir şey edən kimi ilk şey mentalitet olur. Öyrəşmişik ki, əcnəbiləri başımızın üstünə qaldıraq, özümüzünküləri aşağılayaq".
 
Nazim Babayev
BAKU.WS