Müğənni Nadir Qafarzadə göz yaşlarını saxlaya bilməyib. 

Axşam.az-ın məlumatına görə, qocalar evinin sakinlərinin rol aldığı klipindən danışan sənətçi "Star life" verilişinə açıqlamasında valideynlərini xatırladığını deyib:

"Qocaları görəndə anam, atam gözümün önündən keçdi. Mən ağlayanda elə bilirlər ki, artistlik edirəm. Amma yox, kövrəyəm. Həyatını vaxtsız dəyişən insanları xatırladım. Mənə lazım olan insanlar zamansız məni atıb gediblər. Doğmalarım cəhətdən mən tənhayam. Elə bilirəm ki, nə vaxtsa mən də qocalar evinə düşə bilərəm. Atam bizi tez tərk etdi, anam övladlarını tək böyütdü. Ailə qurandan sonra hamı uzaqlaşdı, qohumlarla yadlaşma oldu. Mən övladlarımla tək qalmışam".

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ