SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Beynəlxalq mahnı müsabiqəsi "Eurovision"un Ermənistan üzrə rəsmi fan klubu  (OGAE) səs nəticələrini açıqlayıb.

BAKU.WS lent.az- a istinadən məlumatına görə, səs nəticələrinə əsasən, erməni fanları daha çox İsveç, Belçika və Fransa təmsilçilərinin ifa etdiyi mahnını bəyəniblər.
 
Hazırda Azərbaycan və Ermənistan arasında münasibətlər tam başqa fonda olsa da qonşu ölkənin bəzi nümayəndələri Azərbaycanı "Eurovision-2017"də təmsil edəcək Diana Hacıyevanın ifasında səslənən mahnını bəyəndiyini etiraf ediblər.
 
Buna baxmayaraq əminliklə demək olmaz ki, Diananın erməni fanları yarışma zamanı birbaşa olaraq səsini ona verəcəklər.
 
Ancaq musiqi sərhəd tanımır. Ekspertlər bunu ermənilərin "Qarabağ klanına" böyük zərbə hesab edir.  
 
BAKU.WS