SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ARB TV-nin "Evgördü" verilişinin qonağı olan prodüser Təranə Səmədova maraqlı açıqlamalar verib.

Təranə Səmədova aktrisalıq etməsindən və ona ünvanlanan tənqidlərə münasibət bildirib: "Bir prodüserin ifaçılığa başlamasını bəyənməmişdim. Əgər onun müğənniliyi mənim aktrisalığım qədər rezonans yaratsaydı, mən heç vaxt onu tənqid etməzdim. Mən ifaçı ola bilmərəm. Karaoke oxuyuram ancaq. Aktrisalığı sınamazdım əslində. Sənətə sırf prodüser kimi gəlmədiyim üçün onu sınayıram. Şən və hazırcavablar klubunun üzvü olmuşam".

Tanınmış prodüser daha sonra hansı müğənniləri dinlədiyini, kimlərlə küsülü olduğunu açıqlayıb: "Röyanı, Eltonu, Elçin Cəfərovu, Zamiqi bəyənirəm. Zamiq ürəyimdir. Çox "simpatiçni"dir. Zövqlü biridir. Eyni idman zalında məşq edirik. Onun iddialı məşq etməsinə, o cür bədən yığmasına baxıram, ürəyim gedir. Alqışlayıram. Abbas Bağırovu da. Günay İbrahimlini də bəyənirəm. Çox istədiklərimdən küsürəm. Çox istədiyim insan xətrimə dəyəndə inciyirəm".
 
BAKU.WS